EN

TAİLANDDA QƏZA NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 30-A ÇATIB » AzadMedia.az

TAİLANDDA


Taylandın şimal-şərqində sərnişin qatarının üzərinə tikinti kranının aşması nəticəsində baş verən qəza azı 30 nəfərin həyatına son qoyub, onlarla insan yaralanıb.

Hadisə səhər saatlarında Banqkokdan Ubon Ratçatani vilayətinə hərəkət edən sərnişin qatarının planlaşdırılan yüksək sürətli dəmir yolu layihəsinin bir hissəsindən keçdiyi ərazidə qeydə alınıb. Qəza zamanı qatar relsdən çıxaraq alovlanıb.

Vilayətin qubernatorunun verdiyi məlumata görə, qatarda olduğu ehtimal edilən 171 sərnişindən dördü hələ də itkin düşmüş hesab olunur. Xilasedicilər qəzanın baş verməsindən təxminən səkkiz saat sonra da dağıntılar arasında axtarış işlərini davam etdiriblər.

Səlahiyyətli şəxslər bildiriblər ki, qəza dəmir yolunun üzərindən keçəcək yüksəldilmiş hissənin tikintisi zamanı istifadə olunan kranın qatara düşməsi nəticəsində baş verib.

Tayland mediasında yayımlanan görüntülərdə hadisə yerindən əvvəl ağ, sonra isə qara tüstünün qalxdığı, tikinti texnikasının iki beton dayaq arasında yerləşən metal konstruksiyalardan asılı vəziyyətdə qaldığı əks olunub.

Qeyd edək ki, sözügedən dəmir yolu layihəsi gələcəkdə Çini Cənub-Şərqi Asiyanın bir çox ölkələri ilə birləşdirməyi hədəfləyir.

Chosen
93
1
azadmedia.az

2Sources