EN

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul ediləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsisedilən “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin(AZSTAND/TK 19) növbəti onlayn iclası keçirilib.

TrendAzərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir ki,iclasda AZSTAND nümayəndələri ilə yanaşı Baş Dövlət Yol Polisiİdarəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, BakıNəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Aqrar Xidmətlər Agentliyi,“Toyota-Lexus” AADA və “AZAVTOBUS” MMC-nin təmsilçiləri iştirakediblər.

İclas zamanı Texniki Komitənin 2025-ci il üzrə Fəaliyyət Planınauyğun olaraq işlənib hazırlanmış AZS ECE 21 “Nəqliyyatvasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahidmüddəalar”, AZS ECE 16 “Təhlükəsizlik kəmərləri, qoruyucusistemlər, uşaq avtonəqliyyat vasitələrinin sərnişinləri üçünnəzərdə tutulmuş sistemləri və ISOFIX uşaq təhlükəsizliksistemləri”, AZS ECE 51 “Ən azı dörd təkərli avtonəqliyyatvasitələrinin buraxdığı səs-küyə görə rəsmi təsdiqin verilməsinədair vahid təlimatlar”, AZS ECE 85 “M və N kateqoriyalı motorlunəqliyyat vasitələrini hərəkətə gətirmək üçün nəzərdə tutulmuşdaxili yanma mühərriklərinin və ya elektrik mühərriklərinin təsdiqiilə bağlı və elektrik mühərriklərinin faydalı gücünün və maksimum30 dəqiqəlik gücünün ölçülməsi ilə bağlı vahid müddəalar”standartlar layihələri müzakirə edilib. Sözügedən standartlarınqəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbulolunub.

İclasın sonunda AZSTAND/TK 19 tərəfindən AZS 122 “YerüstüNəqliyyat Vasitələri üçün Təhlükəsizlik Şüşəsi. Ümumi TexnikiŞərtlər” dövlət standartının dövri yoxlaması keçirilib.

Qeyd edək ki, “Yol nəqliyyatı” standartlaşdırma üzrə texnikikomitə (AZSTAND/TK 19) Azərbaycan Respublikası Daxili İşlərNazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində yaradılıb.AZSTAND/TK 19-un yaradılmasında məqsəd yol nəqliyyatı sahəsindədövlət, beynəlxalq, regional və dövlətlərarası standartlarınhazırlanmasında maraqlı tərəflərin iştirakının təminedilməsidir.

Chosen
167
7
az.trend.az

8Sources