EN

Ötən ildə 567 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

BAKI, TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bu məlumat TurkicWorld-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verib.

Onlardan 189 min şəxs münasib işlərlə təmin olunub, 16,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

2025-ci ildə 18,4 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 343 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Chosen
24
7
turkic.world

8Sources