EN

18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

8 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

FED.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 22.01.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2042021025

İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli hərrac

İstiqrazların sayı: 10000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1000 000 manat

İllik gəlirlilik faizi: 18%

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 3 il

Ticarətə buraxılma tarixi: 22.01.2026

Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

Chosen
16
7
fed.az

10Sources