AZ

İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

28 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq  istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 23.12.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2040021027

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi/Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

İllik gəlirlilik faizi:  18%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  3 il

Ticarətə buraxılma tarixi: 23.12.2025

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
3
marja.az

10Mənbələr