EN

Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilə olacaq

Naxçıvan, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu səbəbdən 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasından qidalanan 1 nömrəli 25 MVA transformator razılaşdırılmış sifariş əsasında açılacaq. Eyni zamanda, Milli SCADA sisteminin qurulması məqsədilə Naxçıvan şəhərinin Qoçüstü məhəlləsi, Çənlibel, 35-ci məhəllə, Sabir küçəsi, Şaxtatinski küçəsi, Gəray Əsədov küçəsi və 10–11-ci küçələrdə saat 19:30-dan 20:30-dək elektrik enerjisinin verilişində fasilə olacaq.

 

Chosen
34
12
azertag.az

10Sources