AZ

Bu ərazilər işıqsız qalacaq

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Milli.Az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) yanvarın 15-də Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.

Bununla əlaqədar 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasından qidalanan 1 nömrəli 25 MVA transfarmator razılaşdırılmış sifariş əsasında açılacaq.

Eyni zamanda, Milli SCADA sisteminin qurulması məqsədilə Naxçıvanın Qoçüstü məhəlləsi, Cənlibel, 35-ci məhəllə, Sabir, Şaxtatinski, Gəray Əsədov küçələri və 10-11-ci küçələrdə saat 19:30-dan 20:30-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
5
news.milli.az

10Mənbələr