Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Lənkəran-Astara Regional Filialına (Masallı, Yardımlı, Cəlilabad) yeni direktor təyin olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevin müvafiq əmri ilə Ramal Kamal oğlu Quliyev 2 saylı Lənkəran-Astara Regional Filialının direktoru təyin edilib.
Qeyd edək ki, 2 saylı Lənkəran-Astara Regional Filialının direktoru Aygül Səfərli vəzifəsindən azad olunub. Xanım direktor heç bir vəzifəyə təyin edilməyib.
Aydın


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.