EN

İranda cərəyan edən proseslər tam şəkildə ABŞ ın istədiyi kimi həyata keçirilir

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

“Proseslərin əvvəlində demişdim ki, indiki mərhələdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamaq fikri yoxdur. Çünki İrana qarşı hərbi əməliyyatlar həm ABŞ və İsrail üçün risklidir, həm də regionda sabitliyin pozulmasına səbəb ola bilər”.Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, hərbi əməliyyatlar həmçinin dünya enerji bazarında, xüsusilə də neft sənayesi sektorunda gərginliyin artmasına səbəb olacaq və ümumiyyətlə regionda iqtisadi baxımdan əsas etibarilə yükdaşıma və qida sektorunda bahalaşmalara gətirib çıxara bilər:“Bu baxımdan İranda cərəyan edən proseslər tam şəkildə ABŞ-ın istədiyi kimi həyata keçirilir və ABŞ orda baş verənlərə nəzarəti İsrailin İrandakı cəsus şəbəkəsi vasitəsilə nəzarətdə saxlamaq imkanına malikdir. Belə olan təqdirdə ABŞ İrana artıq maliyyə və əlavə gərginlik yaratmaq istəməz və ABŞ prezidenti Trampın prosesləri izləyirik və nəzarətdə saxlamağa çalışırıq kimi açiqlamaları onu göstərir ki, İranda davam edən proseslər onları qane edir”. Çingiz Şahbazi onu da deyib ki, Tramp hərbi əməliyyatları istisna etmir və sadəcə olaraq təxirə salınmasına işarə edir:“Bu da o deməkdir ki, diplomatik, siyasi və psixoloji mexanizmlərin ön planda olacağını göstərir və Vaşinqtonun gözləmə mövqeyi, proseslərin daha da dərinləşəcəyinə inanması ilə bağlıdır. Yəni hazırkı mərhələdə müharibə riski sadəcə blef olaraq rol oynayır və hesab edirəm ki, yaxın vaxtlarda bu baş verən deyil. Amma, təzyiq mexanizmləri üzərindən yürüdülən siyasət tam gücü ilə davam edəcək”. Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
81
1
newscenter.az

2Sources