EN

Rusiya Britaniya diplomatını ölkədən QOVDU

Rusiya hakimiyyəti Moskvada fəaliyyət göstərən Britaniya diplomatlarından birini kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqda ittiham edərək ölkədən çıxarmaq qərarı verib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Böyük Britaniyanın Moskvadakı səfirliyində çalışan diplomatın kəşfiyyat agenti olduğu müəyyən edilib. Bu əsasla həmin şəxsin akkreditasiyası ləğv olunub və onun Rusiyanı tərk etməsi tələb edilib.

Nazirliyin məlumatına görə, Böyük Britaniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Danae Dholakiya Rusiya XİN-ə çağırılıb. Görüş zamanı ona rəsmi etiraz notası təqdim olunub və diplomata iki həftə ərzində ölkəni tərk etməli olduğu bildirilib.

Açıqlamada vurğulanıb ki, Britaniya kəşfiyyatının Rusiya ərazisində gizli fəaliyyət göstərməsinə icazə verilməyəcək və Moskva milli təhlükəsizlik maraqlarını qorumaq üçün bundan sonra da qətiyyətli addımlar atacaq.

Rusiya tərəfi həmçinin Londonun vəziyyəti gərginləşdirməsi halında adekvat cavab tədbirləri görüləcəyini də istisna etməyib.

Bununla yanaşı, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ayrıca açıqlamasında səfirliyin 1980-ci il təvəllüdlü əməkdaşı Qaret Samuel Deyvisin Britaniya kəşfiyyat agenti kimi müəyyən edildiyini bildirib. FSB-nin məlumatına görə, həmin şəxsin kəşfiyyat fəaliyyəti ilə bağlı bilgilər Rusiya tərəfinə əvvəlcədən təqdim olunmayıb.

Chosen
54
veteninfo.az

1Sources