ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Venesuela prezidentinin ABŞ tərəfindən tutulması İran hökumətinə çox neqativ təsirlər göstərib. “Time” jurnalının yazdığına görə, İran hökumətində bəzi şəxslər gizlicə Qərb ölkələri ilə əlaqə yaradıblar ki, özlərinə bir qaçaq yol tapa bilsinlər. Demək olar ki, Maduronun hakimiyyətdən düşməsi Bəşər Əsədin hakimiyyətdən getməsi kimi İrana təsir edib. Müxaliflər deyirlər ki, əvvəlcə Əsəd hakimiyyətdən düşürüldü, ardınca Maduro həbs edildi, indi də Əli Xameneinin növbəsidir. Ya Amerika, ya da kimsə onu hakimiyyətdən salacaq. Belə bir xəbər də yayılıb ki əgər vəziyyət qarışıarsa və Əli Xameneinin hakimiyyəti təhlükəyə düşərsə, ali dini lider öz ailəsi və20 nəfərlə Rusiyanın paytaxtı Moskvaya qaçacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İran İslam Cümhuriyyəti 15-16 il Venesuelaya sərmayə qoymuşdu və Suriyada etdiyi kimi Venesuelada bir baza qurmağa çalışırdı.
Maşallah Rəzmi
“Müxtəlif mənbələrə görə, İran Venesuelaya 2 milyard, 4 milyard və ya 8 milyard vəsait yatırıb. Bəzi mənbələrə görə, Venesuela banklarının İran banklarına 2 milyard borcu var. Amma İran Venesuelaya çox investisiya yatıırb. İran istehsalı olan çox sayda dron və silahlar satılıb, onların çoxunun pulu alınmayıb. Yəni Venesuelanın İrana iki milyard nağd pul, 4 milyard silah aldığına görə və digər zərərləri də hesablasaq, ümumi 8 milyard borcu var”-deyə Maşallah Rəzmi bildirib.
Maşallah Rəzminin İran-Venesuela mövzusunda şərhini Bizimyol.info xəbər portalının YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.