EN

Yaş saçla yatanlara həkimdənXƏBƏRDARLIQ

Yaş saçla yatmaq saç sağlamlığına mənfi təsir göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Noel Şerber "El Economista" nəşrinə açıqlamasında xəbərdarlıq edib.

Mütəxəssis bu vərdişdən imtina etməyin dörd əsas səbəbini açıqlayıb. Onun sözlərinə görə, ilk növbədə yaş saçlar daha kövrək olur və yuxu zamanı asanlıqla qırılır. İkinci səbəb isə nəmin baş dərisində göbələk və bakteriyaların çoxalması üçün ideal mühit yaratmasıdır.

Şerber bildirib ki, üçüncü risk baş dərisində xırda səpkilərin və follikulitin yaranmasıdır. Buna yastıq üzərində toplanan dəri yağı, makiyaj qalıqları, çirk və bakteriyalar səbəb olur. Həkim əlavə edib ki, xüsusilə payız və qış aylarında yaş saçla yatmaq soyuqdəymə riskini də artırır.

Aytəkin TOFİQQIZI

Chosen
39
redaktor.az

1Sources