EN

Peskov: Tramp haqlıdır sülh prosesini ləngidən Zelenskidir

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Rusiyanın ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskinin sülh prosesinə mane olduğu barədə fikirləri ilə razılaşdığı açıqlanıb.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Moskva Trampın mövqeyini bölüşür:

“Biz bununla razılaşa bilərik. Bu, həqiqətən də doğrudur”, – deyə Peskov vurğulayıb.

Kreml sözçüsü eyni zamanda qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Rusiya tərəfi danışıqlara hazırdır və sülh yolu ilə həll üçün açıq mövqe nümayiş etdirir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl verdiyi açıqlamada sülh müqaviləsinin bağlanmasına Rusiya Prezidenti Vladimir Putin deyil, məhz Ukrayna Prezidenti Vladimir Zelenskinin mane olduğunu bəyan etmişdi.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
dogru.az

2Sources