EN

Türk Hava Yollarına məxsus təyyarədə bomba xəbərdarlığı panikaya səbəb olub

İstanbuldan Barselonaya uçan Türk Hava Yollarına (THY) məxsus təyyarədə bomba xəbərdarlığı panikaya səbəb olub.Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, THY hadisə ilə bağlı ilk açıqlamasını yayıb."TK1853 saylı İstanbul-Barselona reysində təyyarə enişə yaxınlaşarkən bir sərnişinin internetə giriş nöqtəsi yaratdığı və şəbəkəni bomba təhlükəsi adlandırdığı aşkar edilib. Uçuş təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi prosedurlar başladılıb. Təyyarənin təhlükəsiz enişindən sonra müvafiq ölkənin səlahiyyətli orqanları tərəfindən yoxlamalar aparılır. Proses beynəlxalq aviasiya təhlükəsizliyi qaydaları çərçivəsində həyata keçirilir",-məlumatda qeyd olunub.

İlahə QənbərliMissiya.Az

Chosen
57
1
missiya.az

2Sources