EN

Füzulidə iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb

Füzuli rayonunda əmi və qardaşı oğlu bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər dəm qazından boğulublar. Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Bayram Hətəmov və 1998-ci il təvəllüdlü Vüsal Hətəmli həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
41
4
apa.az

10Sources