Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.
Leqal.info xəbər verir ki, hadisə rayonun Qarabağ kəndi ərazisində baş verib.
Məlumata əsasən, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər - 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta