EN

Gənc qız qohumlarını cinsi zorakılıqda ittiham edib

Ayna Mankiyeva dövlət himayəsi istəyib...

İnquşetiyadan qaçaraq Rusiyanın paytaxtına sığınan Ayna Mankiyeva qohumları tərəfindən cinsi xarakterli zorakılığa məruz qaldığını bildirib.

Poliqon xəbər verir ki, bu barədə “Marem” hüquq-müdafiə qrupu məlumat yayıb.

Məlumata görə, Moskva polisi tərəfindən saxlanılan 21 yaşlı qızı qohumları barəsində cinayət işi açılması tələbi ilə rəsmi ərizə yazıb və ona dövlət müdafiəsinin verilməsini xahiş edib. Onun müraciəti Rusiya Daxili İşlər Nazirliyinin Sviblovo rayonu üzrə şöbəsinin rəisi Vladimir Moyseyevin adına ünvanlanıb.

Ərizədə Ayna Mankiyeva bildirib ki, o, dəfələrlə zorlanıb və valideynləri onun həyatını təhlükə altına atıblar. Hüquq-müdafiəçilərin sözlərinə görə, gənc qadın Moskvada guya anasından oğurluq etmək ittihamı ilə saxlanılıb. Bildirilir ki, Mankiyeva 2025-ci ilin avqustunda axtarışa verilib, halbuki o, ailə evini hələ aprel ayının sonunda tərk edib.

Qızın qohumları onu geri aparmaq məqsədilə Moskvaya gəliblər. Məlumata əsasən, Mankiyevaların ailəsi Rusiyada terrorçu və ekstremist təşkilat kimi tanınan Batəl-Hacı Belxoroyevin sektası ilə əlaqəli olan batəlhadjincilər icmasına mənsubdur. Bu icma qapalı quruluşu və sərt qaydaları ilə tanınır.

Ayna Mankiyeva bildirib ki, bu icma daxilində qohumlar arasında, o cümlədən məcburiyyət yolu ilə qadınlara qarşı cinsi zorakılıq halları geniş yayılıb. Onun sözlərinə görə, qardaşı bir dəfə ona evləndikdən sonra ərinin evdə olmadığı vaxtlarda yanına gələcəyini deyib.

Bundan əvvəl İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova “Gazeta.Ru”ya açıqlamasında baş verənləri vəhşilik adlandırıb və vurğulayıb ki, valideynlərin yetkinlik yaşına çatmış qadının həyatı üzərində qərar vermək hüququ yoxdur.

Poliqon.info

Chosen
93
17
poliqon.info

10Sources