Modern.az saytına istinadən ain.az xəbər verir.
Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər - 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.