EN

Ukrayna klubunun futbolçusu “Sumqayıt”da

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, “kimyaçılar” hazırda Ukraynanın “Polesye” klubunda çıxış edən Emil Mustafayevlə anlaşıblar. 

Azərbaycanlı yarımmüdafiəçinin yaxın zamanda komandanın Türkiyədəki toplanışına qoşulması gözlənilir.

Sumqayıt klubunun Mustafayevi icarə əsasında heyətinə qatdığı bildirilir.

Chosen
129
idmanxeber.az

1Sources