Joao Kanselonun “Barselona”ya transferi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu 31 yaşlı futbolçunu “Əl-Hilal”dan mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilənin maliyyə detalları açıqlanmayıb.
Kanselo 2024-cü ilin yayından “Əl-Hilal”da oynayır. O, bu mövsüm bütün turnirlərdə 6 matç keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdi. Kanselo “Barselona”nın formasını 2023/24 mövsümündə də geyib.