
Keçmiş deputat Fərəc Quliyev İsveçdə yaşayan azərbaycanlıları mitinqə çağırıb
Səsimiz birləşsin, haqqımız eşidilsin!
Bu gün susmaq, sabahın haqqını itirməkdir.
Bu gün bir addım atmamaq, sabah övladımıza cavab verə bilməməkdir.
İsveçdə yaşayan bütöv Azərbaycan Türk Millətini — vicdanı olan hər soydaşımızı bu mitinqə çağırırıq. Biz İran adlanan fars molla işğalçı və faşist hakimiyyətinin Güney Azərbaycanda və bölgədə törətdiyi zülmü, zorakılığı, insan haqlarının tapdanmasını açıq şəkildə məhkum etmək üçün bir araya gəlirik.
Bu mitinq təkcə bir aksiyadan ibarət deyil.
Bu, millət olaraq varlığımızı, kimliyimizi, ləyaqətimizi dünyaya göstərməkdir.
Bu, haqsızlığa qarşı “yox” demək, səsimizi İsveç cəmiyyətinə və beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Bu aksiyada Ələhvaz Ərəbləri də bizimlə birlikdə olacaq. Çünki zülmün dili birdir — ona qarşı dayanmağın adı da həmrəylikdir.
Gəlin, bir mesaj verək:
Biz buradayıq. Biz varıq. Biz susmayacağıq.
Haqqımızı tələb edirik. Azadlıq tələb edirik. Ədalət tələb edirik.
📍 Mynttorgetdə görüşürük!
Ailənizlə, dostlarınızla, tanışlarınızla gəlin — bu səs nə qədər çox olarsa, o qədər güclü eşidilər.