ABŞ prezidenti Donald Trampın İran və ABŞ arasında gərginliyin azaldığını elan etməsindən sonra ABŞ qoşunları Qətərdəki Əl-Udeyd hava bazasına qayıdacaq.
Bu barədə “New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Daha əvvəl ABŞ qoşunları ABŞ-ın İran ərazisinə mümkün zərbələri səbəbindən bazadan təxliyə edilmişdi. Lakin Donald Tramp daha sonra İran hakimiyyətinin etirazçıları edam etməyi planlaşdırmadığını və ölkədə ölənlərin sayının azaldığını bildirmişdi: “ABŞ ordusu artan gərginlik fonunda Əl-Udeyd hava bazasından naməlum sayda şəxsi heyəti təxliyə etməyə başlayıb… Lakin Trampın çərşənbə günü verdiyi açıqlamalardan sonra Pentaqon qoşunları bazaya qaytarmağa hazırlaşıb.”, – “New York Times” yazıb.
Nəşrin məlumatına görə, ABŞ prezidenti bununla regiondakı vəziyyəti azaltmağa çalışır.
//Samir Qurbanov, Editor.az