EN

“Beşiktaş” Türkiyə Kubokunda ikinci qələbəsini qazandı

Ziraat Türkiyə Kubokunun C qrupunda II turun oyununda “Beşiktaş” “Keçiörengücü”nü qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə “qara-ağlar”ın qollarını Abraham, Bilal Turə və Kartal Kayra vurublar.

Bununla da ilk turda əzəli rəqibi “Fənərbağça”nı məğlub edən “Beşiktaş” qrup mərhələsində 6 xalla yoluna itkisiz davam edir. “Keçiörengücü” isə 3 xalla kifayətlənib.

Chosen
69
90deqiqe.az

1Sources