EN

Oftalmoloq Makronun gözündəki qızartının səbəblərini açıqlayıb

Fransa prezidentinin gözündə müşahidə olunan vəziyyətin ciddi təhlükə yaratmadığı bildirilir...

Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun gözündə yaranan güclü qızartı klassik subkon’yunktival qansızma əlamətlərinə uyğundur. Bu barədə RT-yə açıqlamasında tibb elmləri doktoru, professor, oftalmocərrah Tatyana Şilova məlumat verib.

Onun sözlərinə görə, bu hal gözün selikli qişasının altında yerləşən xırda qan damarının partlaması nəticəsində baş verir və zahirən qorxulu təsir bağışlayır. Şilova bildirib ki, belə vəziyyətdə göz qanla örtülmüş kimi görünür, kəskin qızartı yaranır və bəzi hallarda yüngül şişkinlik müşahidə oluna bilər.

Ekspert vurğulayıb ki, bu cür qansızma əksər hallarda görmə qabiliyyəti üçün təhlükə daşımır və ciddi tibbi fəsadlara səbəb olmur. Onun sözlərinə əsasən, vəziyyət adətən qısa müddətdə öz-özünə keçib gedir.

Tatyana Şilova subkon’yunktival qansızmanın bir neçə səbəbdən yarana biləcəyini qeyd edib. Mümkün amillər sırasında arterial təzyiqin qəfil yüksəlməsi, güclü fiziki yüklənmə, xroniki yorğunluq, həmçinin qan damarlarının kövrəkliyi göstərilib.

Xatırladaq ki, yanvarın 15-də Emmanuel Makron Fransa Silahlı Qüvvələrinin nümayəndələri qarşısında çıxış edərkən sağ gözünün qızarmış və iltihablı olması diqqət çəkib. Görüşdən əvvəl prezident görünüşünə görə üzr istəyib və baş verənlərin ciddi xarakter daşımadığını bildirib.

Poliqon.info

Chosen
119
poliqon.info

1Sources