EN

ABŞ Qrenlandiyaya hərbi kontingentin göndərilməsinə belə reaksiya verdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ağ Ev Avropa Birliyinə üzv bir sıra ölkələrin Qrenlandiyaya əlavə hərbi kontingent göndərmək planları ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolin Levit mətbuat konfransında bildirib. Qeyd olunub ki, bu addım prezident Donald Trampın adanı ələ keçirməklə bağlı niyyətinə təsir göstərməyəcək. Avropa ölkələrinin Qrenlandiyaya qoşun yerləşdirməsi Vaşinqtonun qərarlarını dəyişmir.

“Qrenlandiya məsələsinə gəldikdə, düşünmürəm ki, Avropadakı qoşunlar Prezidentin qərarlarına təsir göstərir və ya onun adanı ələ keçirmək niyyətini dəyişdirir”, — deyə Levit vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb. Görüşdən sonra Frederiksen danışıqları çətin adlandıraraq bildirib ki, Vaşinqton və Kopenhagen arasında Qrenlandiyada hansı bayrağın dalğalanacağı ilə bağlı fundamental fikir ayrılıqları mövcuddur.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
globalinfo.az

1Sources