Son dövrlərdə sosial şəbəkələrdə gizli yazışmalar üçün istifadə edilən yeni üsul gündəmə gəlib.
Milli.Az xəbər verir ki, videoda telefonlardakı "Notlar"(qeydlər) bölməsindən gizli mesajlaşma üçün necə istifadə edildiyini açıqlayıb.
Onun sözlərinə görə, telefonun notlar hissəsində bir nəfər əlavə olunur və həmin qeyd hər iki şəxs tərəfindən eyni anda görünür. Tərəflərdən biri mesajı yazır, qarşı tərəf oxuduqdan sonra silir və cavabını eyni qaydada yazır. Bu üsulla mesajlar silindiyi üçün ortada yazılı sübut qalmır.
Mütəxəssislər bildirir ki, bu metod klassik mesajlaşma tətbiqlərindən fərqli olaraq bildiriş, mesaj tarixçəsi və ya ekran görüntüsü riski yaratmır. Lakin eyni zamanda şəxsi məlumatların təhlükəsizliyi baxımından risklər daşıya bilər.
Qeyd edək ki, bu cür üsulların yayılması rəqəmsal məxfilik və etik məsələlərlə bağlı müzakirələri də yenidən gündəmə gətirib.
Fidan
Milli.Az