Ajans.az xəbər verir ki, bu barədə 16 yanvar gecəsi Yəmənin SABA xəbər agentliyi məlumat yayıb. "Doktor Şaya Möhsün əl-Zindani Nazirlər Şurasının sədri təyin edilsin və ona hökumət qurmaq tapşırılsın", - fərmanda bildirilir. Sənədə əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.