Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xarici işlər naziri Şaya Möhsün əl-Zindanini yeni baş nazir təyin edib.
Bu barədə 16 yanvar gecəsi Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.
"Doktor Şaya Möhsün əl-Zindani Nazirlər Şurasının sədri təyin edilsin və ona hökumət qurmaq tapşırılsın", - fərmanda bildirilir.
Sənədə əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.[left][/left]