Ötən gün saat 20 radələrində Abşeron rayonu Yeni massiv adlanan ərazidə bir nəfər dəm qazından zəhərlənib.
NOCOMMENT.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Elmidar Fikrət oğlu Usubov yaşadığı evdə qızdırıcı sobadan ayrılan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu ilin yanvar ayında 20-yə yaxın şəxs dəm qazının qurbanı olub.