Fatih Terim bir müddət istirahətdən sonra yenidən futbola qayıda bilər. Metbuat.az xəbər verir ki, Fatih Terim Səudiyyə Ərəbistanında işləyə bilər. Bildirilir ki, təcrübəli məşqçi yenidən keçmiş komandası “Əl-Şabab”ı çalışdıra bilər. Məlumata görə, “Əl-Şabab” təcrübəli məşqçini kluba gətirmək üçün hərəkətə keçib. Komandanın oyunundan narazı qalan “Əl-Şabab” rəhbərliyinin Fatih Terimlə danışıqlara başladığı bildirilir. "Əl-Şabab”ın Fatih Terimə geniş səlahiyyət və yüksək maaş təklif etdiyi və danışıqların məhsuldar irəlilədiyi bildirilir.