RU

Əfsanə geri qayıdır

Fatih Terim bir müddət istirahətdən sonra yenidən futbola qayıda bilər. Metbuat.az xəbər verir ki, Fatih Terim Səudiyyə Ərəbistanında işləyə bilər. Bildirilir ki, təcrübəli məşqçi yenidən keçmiş komandası “Əl-Şabab”ı çalışdıra bilər. Məlumata görə, “Əl-Şabab” təcrübəli məşqçini kluba gətirmək üçün hərəkətə keçib. Komandanın oyunundan narazı qalan “Əl-Şabab” rəhbərliyinin Fatih Terimlə danışıqlara başladığı bildirilir.

"Əl-Şabab”ın Fatih Terimə geniş səlahiyyət və yüksək maaş təklif etdiyi və danışıqların məhsuldar irəlilədiyi bildirilir.

Избранный
28
metbuat.az

1Источники