Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.
"Cebheinfo.az" Manset.az-a istinadən xəbər verir ki, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən aeroportda saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib. Daha sonra isə telefonu söndürülüb.
Məsələni dəqiqləşdirmək üçün Qəzənfər Abbasovla əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib:
“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.
"Cebheinfo.az"