EN

Yazıçılar Birliyinə üzvlük niyə dayandırıldı? Mətbuat katibindən açıqlama

ain.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul etmə prosesi dayandırılıb.

Bundan əvvəl isə Yazıçılar Birliyi üzvlük haqqı məsələsi ilə gündəmə gəlmişdi.

Ümumiyyətlə, nə baş verir?

Üzv qəbul etmək niyə dayandırılıb, nə zaman başlanılacaq və bunun üzvlük haqqını ödəməyənlərlə bir əlaqəsi varmı?

Bu barədə Gununsesi.info-ya AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

“Üzv qəbul edilmə prosesi qurultaya qədər dayandırılıb. Qurultay isə gələn il olacaq. Hazırda da müraciətlər çoxdur”.

Xəyal Rza, həmçinin bu məsələnin üzvlük haqqı ilə əlaqəsi olmadığını bildirib:

“Üzvlük haqqı məsələsi nizamnaməmizin tələbidir, üzvlük prosesinin dayanmasının bununla heç bir əlaqəsi yoxdur”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
137
icma.az

1Sources