EN

Braziliyanın həbsdə olan sabiq prezidenti lüks kameraya köçürülüb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Federal Ali Məhkəmə Braziliyanın həbsdə olan keçmiş prezidenti (2019-2022) Jair Bolsonarunun cəzaçəkmə müəssisəsinin ixtisaslaşmış bölməsinə köçürülməsi barədə əmr verib.

Oxu.Az "CNN Brasil" telekanalına istinadən xəbər verir ki, qərar siyasətçinin səhhətinin pisləşməsi səbəbindən verilib.

Qeyd olunur ki, keçmiş dövlət başçısı xroniki mədə-bağırsaq problemindən əziyyət çəkdiyi üçün daimi tibbi nəzarətə ehtiyac duyur.

Braziliyadakı "Papudinya" kimi tanınan ixtisaslaşmış həbsxana kompleksində J.Bolsonaru mətbəxi, soyuducusu, isti su ilə təchiz olunmuş şəxsi vanna otağı və gəzinti üçün kiçik həyət sahəsi olan 65 kvadratmetrlik bir kamerada saxlanılacaq. Bundan əvvəl siyasətçi soyuducusu, televizoru və duş kabinəsi olan 22 kvadratmetrlik bir kamerada yaşayıb.

Qeyd edək ki, keçmiş Braziliya liderinin yaxınları onun "alçaldıcı şəraitdə" saxlanıldığını iddia edirdilər. Məhkəmə son qərarı ilə həm də bu məlumatları təkzib etmək istəyir.

Sentyabrın 11-də J.Bolsonaru hazırkı prezident Luis İnasio Lula da Silvanın 2023-cü ilin yanvarın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün sui-qəsd təşkil etməkdə günahkar bilinib. O, 27 il 3 ay müddətinə həbs cəzasına məhkum olunub və cəzasını 25 noyabr 2025-ci ildə çəkməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
129
oxu.az

1Sources