Aktual.az xəbər verir ki, bu barədə "Röyters” agentliyi Türkiyə Müdafiə Nazirliyinə istinadən yazıb.
Qeyd olunur ki, əvvəlcə Türkiyə Hərbi Hava Qüvvələri Estoniyada yerləşdiriləcək və avqustdan noyabr ayınadək orada qalacaq. Bundan sonra isə Türkiyə qırıcıları bu ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyanın hava məkanında patrul xidməti həyata keçirəcəklər.
Nazirlik xatırladıb ki, Türkiyə 2021-ci ilin yayında Polşanın hava məkanının gücləndirilmiş patrulu missiyasına, eləcə də 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinə qədər Rumıniyada həyata keçirilən missiyaya qoşulub.
Bundan əlavə, iyul ayında keçirilməsi planlaşdırılan növbəti NATO sammiti məhz Türkiyədə baş tutacaq.