Bakı. Trend:
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsiüzrə qlobal şirkət olan “Ookla” dekabr ayı üzrə “Speedtest GlobalIndex” hesabatını təqdim edib.
Trend xəbər verir ki, bubarədə RİNN məlumat yayıb.
Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetinmedian sürəti 88,83 Mb/s, mobil internetin median sürəti isə 87,92Mb/s olub.
Noyabr ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi2,68 MB/s və ya 3,11%, mobil internetin sürəti isə 4,55 Mb/s və ya5,46% yüksəlib.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərətələbatın, distant iş və təhsil imkanlarının genişlənməsiningöstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərindəmövqeyinin yüksəldiyini təsdiqləyir.
