AZ

Azərbaycanda sabit internetin sürəti artıb

2025-ci ilin dekabr ayında Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 88,83 Mb/s, mobil internetin median sürəti isə 87,92 Mb/s olub.

"Cebheinfo.az" "APA-Economics"-a istinadən xəbər verir ki, bu, "Ookla" şirkətinin "Speedtest Global Index" hesabatında öz əksini tapıb.

Noyabr ayı ilə müqayisədə dekabrda sabit genişzolaqlı internetin həcmi 2,68 MB/s və ya 3,11%, mobil internetin sürəti isə 4,55 Mb/s və ya 5,46% yüksəlib.

Bununla da Azərbaycan hesabatda bir pillə geriləyərək 156 ölkə arasında 86-cı yerdə qərarlaşıb.

"Cebheinfo.az"

Seçilən
57
9
cebheinfo.az

10Mənbələr