EN

“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib

2025-ci ildə “İvanovka Süd Məhsulları” MMC tərəfindən 3 təsərrüfat subyekti - Fiziki şəxs Vəliyev Dadaş Azadəli oğlu, “Master Milk” MMC və “Atena” MMC barələrində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciə edib.

Bu barədə Marja.az Agentliyin 2025-ci il üzrə haqsız rəqabət hərəkətləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlər barədə məlumatına istindaən xəbər verir.

 “İvanovka Süd Məhsulları” şirkəti adı çəkilən şəxslər tərəfindən süd məhsullarının istehsalı və satışı zamanı rəqabət qanunvericiliyinin pozulduğunu idda edib. Qanun pozuntusu əlamətləri Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 23.1.1-ci və 22.1.3-cü maddələri üzrə olub.  

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həmin təsərrüfat subyektləri barəsində iş qaldırıb. Artıq işlərə baxılması yekunlaşıb.  Yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib

İvanovka Süd Məhsulları MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət rəqabət qanunvericiliyinin pozulması süd məhsulları bazarı süd məhsulları istehsalı süd məhsulları satışı Rəqabət Məcəlləsi Rəqabət Məcəlləsi 23.1.1-ci maddə Rəqabət Məcəlləsi 22.1.3-cü maddə fiziki şəxs Vəliyev Dadaş Azadəli oğlu Master Milk MMC Atena MMC antiinhisar nəzarəti istehlak bazarına nəzarət rəqabət pozuntuları Azərbaycan süd bazarı dövlət agentliyi araşdırması haqsız rəqabət halları Marja.az iqtisadi xəbərlər
Chosen
43
1
marja.az

2Sources