ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Son aylarda qızılın qiymətində artım müşahidə edilsə də, bu bazarda kəskin enmələr də ola bilər. Bu səbəbdən qızıl uzunmüddətli saxlanıldıqda sərfəli sayılsa da, qısamüddətli dəyişkənlik investor üçün risk yarada bilər”.
Bu fikri iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a söyləyib.
Onun sözlərinə görə, bu gün dünya iqtisadiyyatında həddindən artıq qeyri-müəyyənlik hökm sürür. İqtisadi müharibələr, daralmalar müşahidə olunur. Bütün bunlar onu göstərir ki, dünya iqtisadiyyatında baş verən təlatümlar zamanı investorlar güvənli liman kimi qızıldan istifadə edirlər, bu da qızılın qiymətini artırır:
“Nə zaman ki dünya iqtisadiyyatında artıq risk iştahası artacaq və investorlar daha çox qiymətli kağızlara yönələcək o zaman qızılın qiymətində növbəti enmələr də müşahidə olunacaq. Qiymətlərin bir neçə ayda artması gözlənilir, amma sonradan qiymətlərin tərsinə dönmə ehtimalı da kifayət qədər yüksəkdir”.
Sevinc Qarayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.