Bakı. Trend:
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarıtərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatkeçirilib.
Trend xəbər verir ki, bubarədə DİN məlumat yayıb.
Bildirilir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlıBakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700qram marixuana aşkarlanıb.
O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanışolduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşındanpaytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.