EN

Bu tarixdə qaza ehtiyac çoxalacaq AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Enerji bazarlarında baş verən proseslər göstərir ki, yaxın illərdə elektrik enerjisinə tələbin artması qaçılmazdır. Texnologiyanın inkişafı enerji istehlakını daha intensiv hala gətirir və mövcud sistemlər əlavə yük altında qalır”. Bunu Demokrat.az-a açıqlamasında enerji sektoru üzrə ekspert Zəfər Əliyev deyib.O bildirib ki, bu şəraitdə enerji istehsalının dayanıqlı və fasiləsiz olması əsas prioritetə çevrilir:“Hazırkı mərhələdə bir çox ölkələr sürətli nəticə əldə etmək üçün ənənəvi enerji mənbələrinə üz tutur. Təbii qaz çevik istehsal imkanı verdiyi üçün bu prosesdə mühüm rol oynayır. Qazla işləyən stansiyalar tələbin artmasına daha tez reaksiya verə bilir. Alternativ enerji mənbələri inkişaf etsə də, onların payı hələlik bütün ehtiyacı qarşılamaq üçün kifayət deyil. Bu səbəbdən təbii qaz enerji balansında əsas mövqeyini qoruyur. Orta müddətli perspektivdə qaz istehlakında artım ehtimalı yüksəkdir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
56
demokrat.az

1Sources