EN

Sabiq icra başçısının oğlu adam güllələdi

Sabiq

Yevlaxda silahlı insident baş verib.Ulusum.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.Zaur Səmədovun Yevlaxın sabiq başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.Xatırladaq ki, Yevlaxın sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ildə həbs olunmuşdu. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.Həmin il dekabr ayında vəfat edib.Ulusum.azR.Daşdəmirova

Diqqət Çəkənlər

Azərbaycan Nəşriyyatı istismarını dayandırır

20 Yanvar faciəsinin 36-cı ildönümünə hazırlıq gedir

Niyaməddin Musayev: “Məmməd Arazın sözlərini dəyişmək ayıbdır”

Chosen
94
26
ulusum.az

10Sources