AZ

Sabiq icra başçısı oğlunun güllələdiyi şəxsin vəziyyəti açıqlandı

Yevlax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovun oğlu Zaur Səmədovun güllələdiyi şəxsin vəziyyəti açıqlanıb.

KONKRET.az bildirir ki, “yeni sabah”ın sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 16-da saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, Yevlaxda 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Polis onu saxlayıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
55
1
konkret.az

10Mənbələr