EN

Polis maşınını vurmaq istəyən sürücüyə ATƏŞ AÇILDI – VİDEO

Polis maşınını vurmaq istəyən sürücüyə 12 dəfə atəş açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətində Dövlət Yol Müfəttişliyinin əməkdaşları “Porsche” markalı avtomobilə atəş açıblar. Buna səbəb sürücünün xidməti avtomobili taran etməyə cəhd göstərməsi olub.

Məlumata görə, Balaşixa yol polisinin diqqətini nömrə nişanları gizlədilmiş avtomobil çəkib. Sürücü polisin “Saxla!” əmrinə tabe olmayıb və patrul maşınına hücum edib.

Nəticədə polis əməkdaşları lüks avtomobilin təkərlərinə azı 12 dəfə atəş açıb və qanun pozucusunu yaxalayıblar.

Hazırda “Porsche” qarın içində qalıb, polis maşınına isə ciddi ziyan dəyib. Hadisə yerinə müstəntiqlər cəlb olunub, ərazi mühasirəyə alınıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
32
interpress.az

1Sources