EN

Müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İntiqam Quliyev     

YAP Ağdam rayon təşkilatının sədr müavini                                                                                                                                 

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında ətraf mühitin qorunması, xüsusilə su ehtiyatlarının mühafizəsi məsələləri daim prioritet istiqamət kimi vurğulanır. Dövlət başçısının “dənizə buraxılan sular 100 faiz təmizlənməlidir” fikri ölkəmizin ekoloji təhlükəsizliyə verdiyi önəmin bariz nümunəsidir və bu çağırış strateji əhəmiyyət daşıyır. Bildirildi ki, son illər həyata keçirilən iri infrastruktur layihələri nəticəsində paytaxtda və ətraf ərazilərdə su təchizatı sahəsində mühüm irəliləyişlər əldə edilsə də, sürətli şəhərsalma, yeni yaşayış massivlərinin salınması və iqlim dəyişiklikləri əlavə tədbirlərin görülməsini zəruri edir. Dövlətimizin başçısı müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri istiqamətində atılan zəruri addımları diqqətə çatdırıb. Müşavirədə çıxış edən Prezident cənab İlham Əliyev bildirdi ki, İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.

Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir. Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. " Bununla yanaşı həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətinə toxunulub. Su təchizatı sahəsində yeni Dövlət Proqramı da məhz bu ardıcıllığın davamıdır. Burada diqqətçəkən əsas məqam proqramın mərhələli, ölçülə bilən və nəticəyönümlü şəkildə planlaşdırılmasıdır. Su itkilərinin azaldılması, fasiləsiz təminatın faizlə ifadəsi, kanalizasiya əhatə dairəsinin genişləndirilməsi bu prosesdə hesabatlılığın əsas prinsip kimi götürüldüyünü göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

1Sources