EN

Rus səfirin qətlində şübhəli bilinən şəxs Kanadaya QAÇIB

Ajans.az xəbər verir ki,bu barədə CNN Türk təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Karaata yeni adını Salih Ada olaraq dəyişib. Bunun səbəbi kimi isə Rusiya tərəfindən qaçırılmaq qorxusu göstərilib. Xatırladaq ki, səfir Karlov 19 dekabr 2016-cı il tarixində Ankarada foto sərgisinin açılışı zamanı öldürülüb. Hücum edən şəxs hadisə yerində məhv edilib. Rusiya Xarici İşlər Nazirliyi bu qətli terror aktı kimi təsnif edib və diplomat ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb.

Karlovun qətli ilə bağlı hökm Türkiyə məhkəməsi tərəfindən 9 mart 2021-ci il tarixində elan edilib. Beş nəfər ömürlük həbs cəzasına, səkkiz nəfər isə 5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilib, altı nəfər isə bəraət alıb. Qaçaq təqsirləndirilən şəxslərin işləri isə ayrıca icraata ayrılıb.

Chosen
140
Ajans.az

1Sources