EN

Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni QAYDA

Bakı. Trend:

Əsas məzuniyyət və onun müddətləri qaydalarında dəyişiklikediləcək.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Daha əvvəl əmək məzuniyyəti dövrünə təsadüf edən iş günühesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxiledilmir və ödənilmirdi.

Qanuna əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günühesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günüməzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakinməzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq.

Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayanbaşqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyətidövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilənəzərə alınacaq.

Daha əvvəl məsul vəzifələrdə (vəzifənin məsulluğu işinxüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyənedilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbərişçilərinə və mütəxəssislərinə ödənişli əsas məzuniyyət 30 təqvimgünü müddətində verilirdi.

Qanuna əsasən, inzibati vəzifələrdə çalışan dövlətqulluqçularına, vahid tarif-ixtisas sorğu kitabçalarına uyğunolaraq rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərəödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində veriləcək.

Chosen
161
3
az.trend.az

4Sources