ain.az, Ayna portalına istinadən məlumat verir.
Trampın sponsor şirkəti ABŞ-dan Venesuela neftinin ilk alıcısı olub
ABŞ-dan Venesuela neftinin ilk partiyası Prezident Donald Trampın əsas sponsorlarından birinə məxsus şirkətə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə "The Financial Times" (FT) məlumat yayıb.
Yanvarın 15-də ABŞ-ın Venesueladan ümumi dəyəri 500 milyon dollar olan ilk neft partiyasını satdığı açıqlandı. Məlumata görə, vəsait bir neçə bank hesabında saxlanılır. Hamısı ABŞ administrasiyası tərəfindən idarə olunur, lakin əsas hesab üçün Qətər seçilib, çünki ra neytral yerdir, yəni vəsaitlərin geri götürülməsi riski yoxdur.
Alıcı, baş treyder Con Addisonun Trampı dəstəkləyən siyasi komitələrə təxminən 6 milyon dollar bağışladığı “Vitol” ticarət şirkətidir. Venesuela neftinin alınması üçün müqavilənin dəyəri 250 milyon dollardır. Qalan xam nefti isə iri treyder olan “Trafigura” alıb.
ABŞ Energetika Nazirliyi izah edib ki, bu şirkətlər neft üçün ilk ödənişləri dərhal etməyə hazır olduqları üçün seçiliblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.