EN

“Aşıqlar”la tanınan bəstəkarın müalicəsi üçün 70 min manat lazımdır

“Hazırda vəziyyəti ağırdır. 3 aydır ki, xəstəxanadadır. Birinci ayı komada keçirib. İlk dəfə xəstəxanaya aparılanda hamı deyirdi ki, yavaş-yavaş yola salın, şansı çox azdır. Möcüzəyə inanaraq orada saxladıq”.

Bunu “Yeni Sabah”a açıqlamasında musiqiçi, bəstəkar, aranjimançı, “Aşıqlar” qrupunun üzvü Nazim Əhmədin oğlu Musa Əhmədov deyib.

O bildirib ki, atasının müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdilir:

“Həkimlərdən razıyıq, Reanimasiya şöbəsində bacardıqları hər şeyi edirlər. Lakin indi fizioterapiya olunmalıdır. Orada da 1 tibbi basıcı 5 xəstəyə baxır. Atam üçün də ciddi baxım lazımdır.

Yeni Klinikada reablitasiya oluna bilər, lakin ora da hazırki vəziyyətdə onu qəbul etmir. Deyirlər ki, reablitasiya görəcək vəziyyətdə deyil. Neyrocərrahiyyədəd də bildirirlər ki, evə aparın və tibb bacısı vasitəsilə müalicəsini evdə davam etdirin. Ona görə düşünürük ki, evə aparaq. Hər şeyi hazırlamışıq. Lakin bir neçə gündür ki, təzyiqi yüksəkdir, normallaşmasını gözləyirik”.

Musa Əhmədov atasının əməliyyatı üçün təqribən 70 min manat dəyərində vəsait lazım olduğunu deyib:

“Həkim də, fizioterapevt də var. Ondan sonra hərəkətlərində irəliləyiş olmalıdır ki, əməliyyat etdirə bilək. Ən azından əllərində və ayaqlarında müəyyən tərpənişlər olmalıdır Əgər əməliyyatdan sonra səhhətində irəliləyiş olarsa, müalicəsi davam etdiriləcək.

Başında olan şişlər bir az riskli yerlərdədir. Bunun da əməliyyatı 2 üsulla həyata keçirilə bilər. Yarma və stend yerləşdirmə. O da müəyyən vəsait tələb edir. 1 stendin qiyməti də 7-10 min dollar civarındadır. Dəqiq məbləğin nə qədər olacağını bilmirik. Həkimlərin sözlərinə görə təqribən 70 min manat civarında vəsait lazımdır”.

Qeyd edək ki, Nazim Əhməd 2025-ci il oktyabrın 12-də insult keçirib və xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi Respublika Neyrocərrahiyyə Mərkəzində müalicə alır.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
122
yenisabah.az

1Sources