EN

Dünya Bankı Azərbaycanda proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqi sahəsində potensialın artırılması üçün təlimlər keçib

Bakı. Trend:

Azərbaycan Maliyyə Nazirliyi və Dünya Bankı arasında əməkdaşlıqçərçivəsində proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqisahəsində potensialın artırılması üçün xüsusi tədris proqramı üzrətəlimlərin növbəti mərhələsi keçirilib.

Trend bu barədənazirliyə isitinadən xəbər verir.

12-16 yanvar tarixlərində qrup formatında təşkil edilmiştəlimlərdə yeni büdcə mexanizminə keçid islahatlarına cəlb olunmuş"Təhsil", "Sosial müdafiə və sosial təminat", "Kənd təsərrüfatı" və"Ətraf mühitin mühafizəsi" sektorlarında fəaliyyət göstərən 49dövlət qurumundan ­­150-dən çox nümayəndə iştirak edib.

Dünya Bankının "Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrəPotensialın Gücləndirilməsi" layihəsi çərçivəsində təşkil etdiyitəlimlərin məqsədi sektorlarda fəaliyyəti olan təşkilatlardamonitorinqin aparılması üçün icra hesabatlarının, habelə sektorüzrə strateji hədəflərə nail olunmasının icra vəziyyəti barədəhesabatın hazırlanması sahəsində potensialın artırılmasıdır.

Təlimlər müddətində Dünya Bankının ekspertləri tərəfindən icragöstəricilərinin, o cümlədən tədbirlərin icrasından əldə edilmişnəticələrin təhlil edilməsi yolu ilə monitorinqin aparılmasısahəsində praktiki məşğələlər və interaktiv sessiyalar təşkilolunub.

Chosen
171
4
az.trend.az

5Sources